Xəbər lenti

“Ciddi oyuna hazırlaşırdıq. Rəqibin səviyyəsi bunu tələb ediridi. “Qarabağ” davamlı olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edən təcrübəli və yaxşı təşkilatlanmış komandadır. Məntiqlə onların hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki bu komanda tezliklə avrokubokda matça çıxacaq”. 

“Report”un məlumatına görə, bunu Rusiyanın “Dinamo” (Moskva) komandasının baş məşqçisi Yuri Kalitvintsev Avstriyadakı yoxlama matçında “Qarabağ” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

49 yaşlı ukraynalı mütəxəssis bildirib ki, “Qarabağ” iki həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq komanda təsiri bağışlamayıb: “Qarabağ”ı çoxdan izləyirəm, bu komandadan çox xoşum gəlir. Lakin rəqibə olan bütün hörmətimə rəğmən, bu oyunla iki həftədən sonra Azərbaycan klubunun, yoxsa bizim Çempionlar Liqasında çıxış edəcəyimizi söyləmək olmaz. Oyunçularımın işə yanaşması və nizam-intizamı xoşuma gəldi. Bu gün reallaşdıra bilmədiyimiz qol vəziyyətlərini bağışlayırıq, amma sabah onlar barədə danışacağıq”.

Qeyd edək ki, “Qarabağ” iyunun 11-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstan çempionu “Samtredia”nı qəbul edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 29-06-2017, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma