Xəbər lenti

Bu gün futbol üzrə Çempionlar Liqasının final matçı keçiriləcək. "Report"un məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gələcək.

Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunacaq matçı almaniyalı referi Feliks Brıx idarə edəcək. Saat 22:45-də başlanacaq görüşə "Real Madrid" itkisiz çıxacaq. "Yuventus"da isə Marko Pyatsa və Stefano Sturaro zədəlidir.

"Kral klubu" qalib gəlsə, Çempionlar Kubokuna 12-ci dəfə yiyələnəcək. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxacaq. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə "Milan" qalib olub. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldıra bilərlər.

"Yuventus" hələ cəmi 2 dəfə - 1985 və 1996-cı illərdə bu kuboku qazanıb. 1997-1998 mövsümünün həlledici görüşündə isə məhz bu iki komanda qarşılaşıb. Həmin matçda "Real Madrid" qələbə qazanıb - 1:0. Amma komandanın hazırkı baş məşqçisi Zinəddin Zidan o görüşdə "Yuventus" formasını geyinib. Ümumiyyətlə, İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 4 finalda iştirak edib və hamısında uduzub.

Çempionlar Liqası

Final

22:45. "Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Kardiff (Uels), "Millenium" stadionu

 




Ana səhifəyə qayıt        Baxış: 1 126          Tarix: 3-06-2017, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma