Xəbər lenti

Hesablama Palatasının 2017-ci ilin yenidən baxılmış dövlət büdcəsi layihəsinə dair rəyində bu layihə ilə bağlı bəzi tövsiyələr təqdim olunub.

"Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun AZƏRTAC-a müsahibəsində bildirib.

"Cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasının təhlili, əvvəlki illərdə icra ilə bağlı təcrübə həmin tövsiyələrin yaranması üçün baza rolunu oynayıb. Bu, ilk növbədə, vəsaitlərin təyinatı və ünvanı üzrə planlaşdırılması, yeni tələbatların müəyyən edilməsi ilə hesablamaların dəqiqləşdirilməsi və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri olan dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinin azaldılması ilə bağlıdır", - deyə o, qeyd edib. 

V.Gülməmmədovun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı son iki ildə həyata keçirilən tədbirlər davam etdirilməli, xərclərin strukturunun optimallaşdırılması, konkret nəticələrə hədəflənən göstəricilərin əsas götürülməsi təmin olunmalıdır: "Ali Audit Qurumlarının iqtisadi siyasətə müdaxilə etmək və ya münasibət bildirmək üçün mandatı yoxdur. Lakin büdcə vəsaitlərinin istifadəsinin auditi, həmçinin icra və proqnoz göstəricilərinin müqayisəsi həyata keçirilməkdədir, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə bu proses genişləndirilməli və effektivliyi yüksəldilməlidir".

O həmçinin bildirib ki, büdcədənkənar gəlirlərin artırılması, sosial xərclərin inventarizasiyası, büdcə gəlirlərinin potensialının genişləndirilməsi ilə bağlı addımlar da vacibdir: "Qeyri-dövlət sektorunun inkişafının resursdan aslılığının azaldılmasına yönəldilmiş fəaliyyətin davam etdirilməsi ilə uzlaşdırılması da əhəmiyyətlidir. Neftin qiymətinə konservativ yanaşma ilə real sektorda əsaslı xərclərin, ÜDM-in artımına səbəb ola biləcək mənbələrin müəyyənləşdirilməsi büdcə xərclərinin perspektiv təsirlərinin güclənməsinə səbəb olar. Düşünürük ki, real sektora da xərclərin kəskin artımına lüzum yoxdur, belə ki, fikrimizcə, iqtisadi sistemin cari inkişafı məhz bu həcmdə büdcə parametrlərinin bazasını təşkil edir"

Onun sözlərinə görə, nöqsanlarla yanaşı, nəticələrin də ictimailəşdirilməsi, o cümlədən nöqsanlara yol verilmiş vəzifəli şəxslərlə bağlı tətbiq edilən tədbirlər barədə məlumatların verilməsi ictimai nəzarətin təmin edilməsinə xidmət etməklə gələcəkdə bu halların azalmasına təsir göstərən vasitədir: "Diqqətə çatdırmaq istədiyim əsas məqam Hesablama Palatasının hər hansı cəzanın tətbiq edilməsində səlahiyyətli olmamasıdır və bizim bir cəza tətbiq edən orqan olmadığımızdır. Cəzanın tətbiq edilməsi və ya hər hansı digər tədbirin görülməsi nəzarət tədbirinin həyata keçirildiyi qurumun rəhbərinin, həmin qurumun yuxarı orqanının və digər müvafiq orqanların funksiyasına daxildirHesablama Palatası olaraq dövlət vəsaitlərinin istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsində nəzarətin gücləndirilməsi, həmçinin müvafiq cəzaların nəzərdə tutulması və sərtləşdirilməsi tərəfdarıyıq".

 




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 29-06-2017, 16:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent