Xəbər lenti

İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi üzrə 2016-cı ildə  nəzərdə tutulmuş vəsaitin icrası 780 min manat təyinata qarşı icra 776 min manat və ya 99,5% olub.

Modern.az-ın məlumatına görə, bu  haqda Hesablama Palatasının “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd edilib.
Sənədə bildirilib ki, ölkə başçısının “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında”  sərəncamına əsasən, 2013-cü ilin mayından səhnə fəaliyyətinə görə aparıcı incəsənət xadimləri olan 130 nəfərə ayda 500 manat mükafat verilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 283          Tarix: 24-05-2017, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma