Xəbər lenti
 
Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer aldı. Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və paytaxt sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir.

Ölkəmizin dilbər guşəsi olan Naxçıvanın Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edirik.

Ovqat.com xəbər verir ki, Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a verilən məlumata görə, Bakının Aşıq Alı küçəsi, 3 C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında mayın 10-dək ərzaq məhsullarına 30 faiz endirim olunacaq. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Ordubad nemətləri” mağazasında alış-veriş etməklə, həm yüksək keyfiyyətli sağlam qidalar almağa, həm də öz büdcəsinə qənaət etməyə dəvət edir.

Sevdiyiniz, bəyəndiyiniz məhsulları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!






Ana səhifəyə qayıt        Baxış: 988          Tarix: 21-04-2017, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma