Xəbər lenti
 
Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi başlayıb.
 Ovqat.com APA-nın məlumatına istinadən xəbər verir ki, Sabirabadda səyahət Suqovuşan kəndindən - Kür və Araz çayılarının qovuşduğu yerdən start götürüb.
 Sərbəst güləş üzrə Avropa çempionu Seyfulla Mehdiyev, MMA üzrə dünya çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və  10 yaşlı Sabirabad məktəblisi, futbol və rəsm həvəskarı Tahir Quliyev Kür və Araz çayılarının qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim bu gün 20:00-da Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edəcək.
 Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.


Ana səhifəyə qayıt        Baxış: 1 242          Tarix: 13-04-2017, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma