Xəbər lenti

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb.

Ovqat.com-un “time56.ru”-a istinadən verdiyi məlumata görə, hadisə Orenburq vilayətinin Orsk şəhərinə baş verib.

İstintaq Komitəsinin məlumatında bildirilir ki, Çerniqovsk küçəsində öldürülən şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır.

Onun xırda ticarət ilə məşğul olduğu və kirayə mənzildə yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qətldə 32 yaşlı Balaş Allahşükür oğlu Xancanovun günahkar bilindiyi ehtimal edilir. Silahlı olduğu ehtimal edən həmin şəxs axtarılır.




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 28-04-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma