Xəbər lenti


 
Ovqat.com APA-ya istinadən verir ki, Lənkəran rayon-şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. Rayonun Səpnəkəran kənd sakini olduğu bildirilən bir nəfərin də saxlandığı barədə məlumat yayılıb.
İlkin məlumata görə, V. Abbasov rayonda şadlıq saraylarından birində operator işləyib. Hadisənin tamah məqsədilə törədildiyi deyilir. V.Abbasovun həmkəndlisi, iki gün əvvəl Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama təcridxanasında polisin silahı ilə özünü güllələyərək intihar edən 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla əlaqəsinin olduğu bildirilir.
Qeyd edək ki, məlum hadisə bu il martın 18-də Xolmili kəndində qeydə alınıb. Kənd sakini, 67 yaşlı Səfərov Vahab Xalıq oğlunun evinə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şəxs müalicə üçün Bakıya göndərilib. Lakin o, bir neçə gün sonra ölüb. V. Səfərov uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 1 215          Tarix: 13-04-2017, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma