Xəbər lenti

 Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan 5 şəxsdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü  Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.      

 Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.   




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 16-08-2017, 08:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma