Xəbər lenti

 

Dünən Tehranda keçirilən Perspolis-Tiraxtur futbol oyununda insident yaşanıb.

Ovqat.com xəbər verir ki, oyunda Azərbaycan bayrağı dalğalandıran Tiraxtur azarkeşləri fars şovinistlərinin təzyiqinə məruz qalıblar.

Azarkeşlərdən bir neçə nəfər döyülərək, ciddi xəsarət alıb. Bu gün Təbrizdə keçirilən etiraz aksiyasının bir səbəbi də bu aqresiya ilə izah olunur. Bildirilir ki, Tehrandakı insident təbrizliləri daha da qızışdırıb və onlar meydana axışaraq, illərlə yığışmış milli problemlərini dilə gətiriblər.

 

Görüş 2-0 Tirakturun məğlubiyyətilə nəticələnib.

Tehranda baş verən insidentlə bağlı əldə etdiyimiz video-çarxları ictimailəşdiririk.

 




Ana səhifəyə qayıt        Baxış: 10 815          Tarix: 31-12-2017, 01:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma