Xəbər lenti
 
Rusiya və ABŞ arasında soyuq Qara dəniz ruzgarları əsir. Xüsusilə, ABŞ döyüş gəmisi “USS Carter Hall”-ın on gün əvvəl İstanbul boğazından keçib Qara dənizə açılması iki super güc arasında yeni mübahisələrə səbəb olub.
Strateq.az xəbər verir ki, bu gün Rusiya ABŞ-ın hərbi gəmilərinin Qara dənizə açılmasıyla bağlı iki bəyanat verib.
İlk bəyanat Rusiya Müdafiə Nazirliyinin adından yayılıb. Bəyanatda Qara dənizdəki ABŞ hərbi gəmilərinin potensial təhdid ehtiva etdiyi və hansı raketlərlə silahlandığının bilinmədiyi vurğulanıb.
İkinci bəyanat isə Cenevredən gəlib. Həmin şəhərdə keçirilən Silahsızlanma konfransında xitabət kürsüsünə çıxan Rusiya Baş qərargahının nümayəndəsi general-leytenant Viktor Poznixir ABŞ-ın Şərqi Avropada qurduğu yeni müdafiə sisteminin silahlanma yarışını qızışdırdığını deyib.
Vaşinqtonun Rusiya və Çini çəkindirərək, dünyaya nəzarəti ələ keçirmək istədiyini deyən general-leytenanta görə, Qara dəniz sahili ölkələrində qurulan raketlərdənmüdafiə sistemləri nüvə silahlarından istifadə etmə potensialını artırır: “Çünki ABŞ-ın raketlərdənmüdafiə sistemləri çətiri altındakı strateji hücum silahlarından ani istifadəsinin cəzasız qalacağı illuziyasını meydana gətirir".
Qeyd edək ki, ötən il NATO ölkələrinin Rusiya sərhədinə əsgər göndərəcəyini elan etməsindən sonra, həqiqətən də Avropanın şərqində ard-arda müəyyən addımlar atıldı. Başda ABŞ olmaqla İngiltərə, Almaniya və digər NATO üzvləri Rusiya sərhədində hərbi manevrlər keçirməyə başladılar . 80-dən çox tank və zirehli vasitə ilə təxminən 4 min ABŞ əsgəri yanvar ayının ortasından bu yana Şətqi Avropada yerləşdirildi. Hazırda digər ölkələrin göndərdiyi minlərlə əsgər də, Polşa, Baltik ölkələri, Bolqarıstan və Rumıniyada döyüşə hazır vəziyyətdədir.
Soyuq müharibə illərindən bu yana ilk dəfə Rusiya sərhədinə ordu birliklərini yerləşdirən ABŞ son olaraq Qara dəniz sahilindəki Mixail Kogalniceanu (Rumıniya) hərbi hava limanında çox sayda tank və əsgərləriylə ortaya çıxdı. ABŞ əsgərləri Qara dəniz sahilində müxtəlif manevrlər keçirərək, Rusiyanı təhdid edirlər.
Bütün bunlara laqeyd qalmayacağını və NATO-nun bütün addımlarına cavab verəcəyini elan edən Rusiya lideri Vladimir Putin isə ölkəsiylə quru sərhədi olmayan Kalininqrada S-300 və İskəndər raket sistemlərini yerləşdirib. Rusiya həmçinin Polşa sərhədinə da əsgər göndərib.
Ukraynanın işğalına niyə adekvat cavab vermədiklərinə aydınlıq gətirən Avropa diplomatları bunu Rusiyanın onları nüvə silahları ilə təhdid etməsiylə əsaslandırırlar. Cenevrədə çıxış edən rus generalının nüvə təhdidindən danışması da bu arqumenti təsdiqləyir.
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 1 476          Tarix: 29-03-2017, 00:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma