Xəbər lenti
 
ABŞ Müdafiə naziri Jim Mattis Əfqanıstanın paytaxtı Kabilə sürpriz ziyarətə yollanıb.
Ovqat.com xəbər verir ki, Mattisin Əfqanıstan prezidenti Əşrəf Qani və İcra heyəti Başçısı Abdullah Abdullah ilə görüşdükdən sonra bu ölkədəki ABŞ hərbi birliklərini də ziyarət etməsi gözlənilir.
Mattisin əfqan rəsmiləriylə aparacağı danışıqlarda təhlükəsizlik və terrorla mübarizə məsələlərinin müzakirə edəcəkləri bildirilir.
Qeyd edək ki, ötən cümə Talibanın hücumu nəticəsində Əfqanıstanın Bəlx vilayətindəki hər korpusda  140 hərbçi və təhlükəsizlik əməkdaşları öldürülmüşdü. Bu ağır itki Əfqanıstanda ciddi çalxalanma yaratmış, ölkənin Müdafiə naziri və Baş qərargah rəisi istefa vermişdi.
İstefa xəbərindən qısa müddət sonra ABŞ Müdafiə nazirinin bu ölkəyə sürpriz səfəri təsadüfə bənzəmir. Böyük ehtimalla, ABŞ yenidən Əfqanıstana daha güclü ordu hissələrini yeridə bilər.



Ana səhifəyə qayıt        Baxış: 1 238          Tarix: 24-04-2017, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma