Xəbər lenti

Dünyanın hər yerində, adətən, müttəhimlər və şahidlər məhkəməyə gəlmir və bəzən onlar hakim qərarıyla inzibati yolla prosesə cəlb olunurlar. Bizdə isə, deyəsən, hakimlər bu yolu tutub.

Ovqat.com xəbər verir ki, bu gün Ağır Cinayət İşləri üzrə Bakı Məhkəməsində iş adamı Barat Abdullayevin həyat yoldaşı Təyminə Abdullayevanın cinayət işinə baxan məhkəmə iclası baş tutmayıb. Buna səbəb hakim Ramella Allahverdiyevanın prosesə gəlməməsi olub.

Əməkdaşımızın məhkəmə zalından verdiyi məlumata görə, iclas bazarertəsi gününə təxirə salınıb.

Təyminə Abdullayevanın yaxınlarının əməkdaşımıza bildirdiklərinə görə, onu 320.1, 320.2, 178.3.2 və 315.2 maddələrilə ittiham edirlər: saxta sənəd alaraq bilərəkdən istifadə etməklə özünəməxsus əmlakı başqasına satmaq, dələduzluqluq və polisə müqavimət göstərmək.

Maraqlıdır ki, Təyminə xanımı məhkəməyə verən də başqası yox, keçmiş qaynı Nazim Abdullayevdir.

Hər iki tərəfin vəkilləri hakimin məhkəməyə gəlməməsinə narazılıqlarını bildiriblər.

Qeyd: Dəqiqləşdirdiyimiz məlumata görə, prosesdə iştirak etməyən şəxs - hakim Ramella Allahverdiyeva deyil, Novruz (soyadını öyrənə bilmədik) adlı hakim imiş.




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 28-04-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma