Xəbər lenti
 
2011-ci il iyunun 8-də qətlə yetirilən iş adamı Rövşən Rüstəmovun ölümündə təqsirləndirilən o vaxtkı deputatlığa namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmə prosesi yenidən davam etdirilir.
Ovqat.com“Qafqazinfo”ya istinadən xəbər verir ki. N.Orucovun R.Rüstəmova 440 min manat borcu olub, buna görə aralarında başlayan münaqişə uzun müddət davam edib və sonda qətllə nəticələnib.
N.Orucov külli miqdarda dələduzluq, qanunsuz silah daşıma və qəsdən adam öldürmədə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətinə baxan hakim Faiq Qasımov hökmü dəyişməyib, Ali Məhkəmə isə işi geri qaytarıb. Yeni Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılan işdə N.Orucov barəsində dələduzluq ittihamına xitam verilib və onun cəzası 10 ilə endirilib.
Qərardan təkrarən kassasiya şikayəti verilib. Bu dəfə də iş Ali Məhkəmədə baxılaraq Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılıb. Proses hakim Rizvan Səfərovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.
Xatırladaq ki, Nadir Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub. O həmçinin, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri və “Zivər Nadir” MTK Istehsalat Kommersiya firmasının baş direktoru olub.



Ana səhifəyə qayıt        Baxış: 1 297          Tarix: 3-04-2017, 10:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma