
Xəbər lenti
Bu gün, 21:04
Bu gün, 19:15
Bu gün, 18:35
Bu gün, 17:14
Bu gün, 17:00
Bu gün, 15:30
Bu gün, 12:56
Bu gün, 11:07
Bu gün, 10:04
Dünən, 23:13
Dünən, 22:46
Dünən, 16:34
Dünən, 13:05
Qüdrət Şahməmmədoğlu: "Bu firma 2 sm-lik qalınlığı, 1metr eni, 1 metr uzunluğu olan “dik” materialını 10 kiloloq malın üstünə bağlamaqla onun çəkisini 33 kiloya çatdırıb, 370 manat əlavə pul tələb edir"
"Mən kiçik biznes fəaliyyəti ilə məşğul oluram. Lazım olan malları çox vaxt onlayn axtarıb tapıram. Bu yaxınlarda mənə çap maşını üçün bir avadanlıq lazım oldu. Kompüter vasitəsi ilə onu istehsal edən firmanın tapdım. Bu Çinin Hanco şəhərində olan bir firma idi. Firmanın nümayəndəsi ilə danışdıq, razılığa gəldik. Həmin adam ümumi çəkisi 10 kq olan bu malı göndərməyə hazır olduğunu bildirdi".
Bu sözləri Sherg.az-a hadisənin qurbanına çevrilən "Sağlamlıq" jurnalının baş redaktoru Qüdrət Şahməmmədoğlu söyləyib.
Onun sözlərinə görə, əldə etmək istədiyi məhsulu tapdıqdan sonra onu Çindən Bakıya gətirmək üçün yollar axtarıb və bu işlə məşğul olan"El Carco Azerbaijan” firmasını tapıb:
"Firmada özünü məsul şəxs kimi təqdim edən Fuad Məmmədovla danışdım və onlar malı qısa müddətə Bakıya gətirə biləcəklərini söylədi. Bu firma beynəlxalq yük daşıma ilə məşğul olur və onların Çinin Quanzhou şəhərində nümayəndəlikləri var. Mən o malı ora çatdıra bilsəm, onlar böyük mənmuniyyətlə malı Bakıya gətirməyə hazır olduqlarını bildirdi. Belə olan halda, Çindəki malı mənə satan firmanın nümayəndəsi ilə danışdım və o, malı Hango şəhərindən Quanzhou şəhərinə göndərməyə razılıq verdi. Bakıdakı "El Carco Azerbaijan” firmasının meneceri F.Məmmədov bu 10 kq yükün 90 ABŞ dollarına başa gələcəyini bildirdi. Həmin mal təcili lazım olduğu üçün mən təyyarə ilə gətirtməyə qərar verdim F.Məmmədov bildirdi ki, yaxın vaxlarda malı sizə çatdıracayıq 10 gün də keçdi, lakin yükdən xəbər çıxmadı.
Hər dəfə F.Məmmədova zəng edəndə ya telefonu bağlı olurdu, ya da açıb bildirirdi ki, hələ mal gəlməyib. Nəhayət, mayın 8-dən yola çıxan mal 35 gündən sonra - iyunun 14 –də gəlib çıxdı. "El Carco Azerbaijan”-nın Binə bazarında yerləşən ofisinə yollandım. Mənə deyirlər ki, 520 manat ödəməlisən. "Axı biz 90 ABŞ dollarına razılaşmışıq”- deyə etirazımı bildirirəm. Danışdığımız məbləğ təxminən 150 manat edir. Bəs 370 manat əlavə pul haradan çıxdı? Cavab verirlər ki, malın çəkisi 33 kq-dır. Dəhşətə gəlirəm ki, 10 kq olan avadanlıq necə 33 kq ola bilər?

Məlum oldu ki, bu firma Çindəki anbarında 2 sm-lik qalınlığı 1metr eni, 1 metr uzunluğu olan "dik” materialını mənə məxsus olan 10 kq malın üstünə bağlamaqla onun çəkisini 33 kq-a çatdırıb. Sual edirəm: Axı çinli bu malın sizin firmanın Çindəki anbarına göndərmək üçün cəmi 10 kq malın pulunu ödəyib, necə olurki mal sizin anbara gələnə qədər 10kq olur sizin anbardan Bakıya 33 kq-lıq yük kimi gəlir? Bunu necə başa düşmək olar? Kimsə buna aydınlıq gətirə bilərmi ? Mən F. Məmmədova nə qədər etirazımı bildirsəm də, xeyri olmadı. Şikayət edəcəyimi deyəndə isə, "Hara istəyirsən, get şikayət elə. Polis idarəsi də burada yaxınlıqda var, gedib şikayət edə bilərsən”. İndi mən başa düşə bilmirəm, bu firma üçün heç bir qayda-qanun yoxdur? Bunun adı açıq-aşkar vətəndaşın cibinə girmək və soyğunçuluqdur. Yəqin ki Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu məsələ ilə ciddi maraqlanacaq. O da yəqin olacaq ki, bu firmanın arxasında kim dayanır, vətəndaşları günün-günorta vaxtı cibinə girərək, onları biznes fəaliyyətindən uzaqlaşdırmaq istəyən kimlərdir.
Şikayətçi sonda ölkə prezidenti İlham Əliyevin də sahibkarlara dəstəyi ilə bağlı sitatını xatırladıb:
Hörmətli Prezidnetimiz cənab İlham Əliyev öz çıxışında dəfələrlə qeyd edib ki, sahibkarlığın fəaliyyətinə heç kəs mane ola bilməz. Əksinə onların fəaliyyətinə geniş şərait yaradılmalıdır. Ancaq "El Carco Azerbaijan” firması və onun rəhbərliyi görünür, prezidentin bu çıxışlarını və tövsiyyələrini eşitmək istəmirlər. Maraqlıdır ki, 10 kq mal neçə şişib 33 kq olub? Bunun yalnız bir adı var:
Özbaşınalıq!."
Ayyət Əhməd
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar