Xəbər lenti
 
Dünyanın ən böyük hava nəqliyyatı vasitəsi olan "Airlander 10” adlı təyyarə artıq istifadəyə hazırdır.
Mərkəzi İngiltərədə yerləşən "Hibrid” hava nəqliyyatı firması tərəfindən hazırlanan və ilk dəfə 2012-ci ildə uçuşu həyata keçirilən zeplin-təyyarə birləşməsi olan bu məhsulun təkmilləşməsinə çox az bir zaman qalıb.
Aparılan son testlərdə 2 saat 45 dəqiqə havada qala bildiyi müəyyən edilən təyyarənin 10,92 metr uzunluğu, 26 metr hündürlüyü var. Təyyarədə yanacaq kimi alovlana bilən hidrogen yerinə, bu riski daşımayan heliumdan istifadə ediləcək.
Hibrid şirkəti "Airlander 10”-un təhlükəsizlik, sərnişin daşıma kimi müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini də açıqlayıb.
55 milyon manat büdcəyə başa gələn təyyarə 6100 metr yüksəklikdən uçacaq və 10 ton yük daşıya biləcək. Təyyarə buzlu, sulu, səhra kimi çətin şəraitli ərazilərə eniş edə biləcək bir avantaja da sahibdir.
Qeyd edək ki, şirkət 48 sərnişin daşıya biləcək bu hava nəqliyyatı vasitəsinin rahatlıq və komfortuna xüsusi diqqət ayrıldığını deyib. Belə ki, sərnişinlər səfər zamanı rahatlıqla təyyarədə gəzişə və pəncərələrdən ətrafı seyr edə biləcəklər.
Firmanın verdiyi məlumata görə, təyyarə bu yay təxminən 20-30 dəfə uçuş edəcək. /Publika.az/



Ana səhifəyə qayıt        Baxış: 940          Tarix: 17-06-2017, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma