Xəbər lenti

 Məşhur aktrisa Meri Tsoni ilə bağlı üzücü xəbər yayılıb.

Milli.az xəbər verir ki, Yunanıstan müstəqil kinosunun qabaqcıl rejissorlarından Yorqos Lanthimosun Oskar-a namizədi filmi "Dogtooth"un baş rol ifaçısı Meri Tsoni evində ölü tapılıb.

Yunanıstan mətbuatına əks olunan xəbərlərdə 30 yaşlı aktrisanın bir müddətdir depressiyada olduğu və psixoloji müalicə aldığı deyilir.

Qeyd edək ki, Tsoni, Angeliki Papoulia ilə birlikdə "Sarayevo" Film Festivalında "Ən Yaxşı Xarici Qadın Aktrisa" mükafatını qazanmışdı. Tsoni Yunanıstanın ən məşhur qadın aktrisalarından idi




Ana səhifəyə qayıt        Baxış: 1 068          Tarix: 10-05-2017, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma