Xəbər lenti

 Müğənni Rüfət Axundov yeni "Love story" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
BiG.AZ xəbər verir ki, ekran işində müğənninin duet ortağı rusiyalı müğənni Anjelika Qal da rol alıb. Elə mahnının sözü və musiqisidə xanıma məxsusdur.
R.Axundov kliplə barədə bunları deyib:
"Anjelika xanımla tədbirlərin birində qarşılaşmışıq. Onu dinlədim və düşündüm ki, səslərimiz uyğun gəlir. Anjelika ilə ünsiyyət qurandan sonra aydınlaşdı ki, xanım özü də mahnı bəstələyir. İfa etdiyimiz mahnı da məhz ona aiddir. Yay ab-havasında hazırlanan mahnıdır. Klipin rejissoru Rüfətə təşəkkürümü bildirirəm. Məni yerimdən tərpədə bildilər. Mahnı rus dilində olsa da onu solo şəklində Azərbaycan dilində ifa etmək barədə düşünürəm".
Çəkilişlərinin əsas hissəsi Mərdəkanda, may ayında baş tutub. Anjelika Qal vətənimizdə 2 gün qonaq olub. Ekran işinin əsas maliyyə xərcləri də Rüfətə məxsusdur.
Qeyd edək ki, təqdimatda müğənninin duet ortağı iştirak etməyib.























Ana səhifəyə qayıt        Baxış: 1 174          Tarix: 10-06-2017, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma