Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu davam edir.
Ovqat.com “APA Holdinq”-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq Skeletons mahnısını səsləndirib.
Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
Paylaş: