Xəbər lenti

 

Gürcüstanın Telavi şəhəri yaxınlığında IX-X əsrlərə aid şəhərin qalıqları tapılıb.

Telavi arxeoloji ekspedisiyasının rəhbəri Nika Tuşabramişvili bildirib ki, yazılı məlumatlara görə, bu ərazilərdə Telavi şəhəri hələ II əsrdə mövcud olub. Amma bugünədək qədim şəhərin dəqiq yerini tapmaq mümkün olmayıb.

“Bütün məsuliyyətimlə deyə bilərəm ki, tapdığımız şəhər qalıqları IX-X əsrdə mövcud olmuş qədim Telavi şəhərinin qalıqlarıdır” –deyə, arxeoloq vurğulayıb.

Qazıntı işləri zamanı keramika, silah, mürəkkəb qabları, kuzə və digər əşyalar tapılıb.




Ana səhifəyə qayıt        Baxış: 986          Tarix: 10-07-2017, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma