Xəbər lenti

 

“Filmdə taekvondo idman növü üzrə 10 qara kəmər ustası, 3 dünya çempionu çəkilib. Onun adının mənası da çox maraqlıdır. “C-43” hər an partlamağa hazır olan CİP-in adıdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında yeni çəkilən “C-43” filminin ssenari müəllifi Elçin İsmayıl bildirib.

O, filmdə dünya şöhrətli idmançı Süleyman Məmmədli, taekvondo üzrə məşqçi-müəllimlər Alxas Məmmədov, Eşqin İsmayılov, Babək Verdiyev, Rüstəm Muradov, Vüsal Hacıyev, Zahid Nadirov, Xanım Osmanova, Elnur Əhmədov, Rauf Rəhimov, idmançılardan Elvin Siracov, İqbal Səmədov, karate üzrə dünya çempionu İbad Hüseynli, poverliftinq üzrə Rüstəm Musayev və onun tələbəsi Elvin Eynalovun rol aldığını deyib.

Elçin İsmayıl filmin tamaşaçılarda ciddi maraq yaradacağını bildirib: “Ssenari tamam fərqlidir. Filmin gedişatında tamaşaçı başqa bir şey gözləyəcək, mən isə qarşıma tamam başqa məqsəd qoymuşam. Türklər demiş, “tərs köşə” edəcəyəm. Film əvvəldən axıra döyüş səhnələrindən ibarətdir. Azərbaycanda ekşın janrında çəkilmiş filmlər sırasında ən maraqlısı olacağına inanıram”.

Qeyd edək ki, filmin rejissoru Zahid Nadirov, quruluşçu operatoru isə İmran Əsədovdur.

Yaxın günlərdə filmin treyleri çıxacaq.




Ana səhifəyə qayıt        Baxış: 900          Tarix: 7-08-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma