Xəbər lenti

 

Əfsanəvi idmançı Useyn Bolt 100 metr məsafəyə qaçış yarışlarında son dəfə gücünü sınayıb.

Axar.az xəbər verir ki, karyerasını bitirdiyini açıqlayan 8 qat Olimpiya Çempionu Useyn Bolt finiş xəttini yalnız 3-cü keçə bilib.

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında yamaykalı sprinter 9.95 saniyə nəticə göstərib. Yarışın qalibi adına 9.92 saniyəlik göstərici ilə amerikalı Castin Qetlin sahib olub. Useyn Boltun komanda yoldaşı Kristian Koulman 9.94 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Olimpiya və 2 qat dünya çempionu, 4 qat dünya ikincisi amerikalı Castin Qetlin son yarışını keçirən əfsanəvi idmançı Useyn Bolta öz ehtiramını göstərməyi unutmayıb. Qatlin Useyn Boltun qarşısında diz çökərək ona olan hörmətini və sevgisini ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 1 069          Tarix: 6-08-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma