Xəbər lenti

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

*** 02:51

Bakı. 20 may. REPORT.AZ/ Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, Elnur Dadaşov odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. 

Belə ki, o, avtomobilini saxlayarkən E. Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib. 

***23:40

Bakıda gənc oğlan güllələnib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 058          Tarix: 20-05-2017, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma