Xəbər lenti

Bu ilin 4 ayında dövlət büdcəsindən İpoteka Fonduna (AİF) 4,4 milyon manat vəsait ayrılıb. 
Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən dövlət büdcəsindən fonda 16,6 milyon manat vəsait ayrılıb. 
Hesabat dövründə banklar tərəfindən 16,1 milyon manat ipoteka krediti təqdim olunub. AİF-in yerləşdirilmiş istiqrazlarının həcmi 25,0 milyon manat təşkil edib. 
Müvəkkil Kredit Təşkilatları tərəfindən ayrılan  kreditlərin həcmi 42187,6 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1304,5 milyon artım deməkdir. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 10-06-2017, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma