Xəbər lenti
 Ləğv edilmiş “Kredobank”ın Azərbaycan Mərkəzi Bankına 45 milyon manat borcu var.
Ovqat.com Trend-ə istinadən xəbər verir ki, bunu Bank kreditorları komitəsinin iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bank bu vəsaitləri Mərkəzi bankdan girov qismində cəlb edib, ona görə də bunlar bankın əmlakının satışından sonra qaytarılacaq.
O qeyd edib ki, ümumilikdə bankın öhdəliklərinin ümumi dəyəri 100 milyon manat təşkil edir.
A.Cavadov həmçinin bildirib ki, bankın ADIF qarşısında 28 milyon manat və Sahibkarlığıa Dəstək Milli Fondu qarşısında 14,9 milyon manat həcmində öhdəlikləri var.



Ana səhifəyə qayıt        Baxış: 1 150          Tarix: 10-05-2017, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma