Xəbər lenti

 

“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov vəzifəsindən kənarlaşdırılıb
Ovqat.com xəbər verir ki, bu barədə “report”a Bankdan bildirilib.
Məlumata görə, onu hazırda Oqtay Əliyev (Bankın baş direktoru) əvəz edir.
Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə “Azərdəmiryolbank” adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 10-07-2017, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma