Xəbər lenti
  
Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.
Ovqat.com "Report"a istinadən xəbər verir ki, yığıncaqda kredit təşkilatının nizamnaməsi yeni redaksiyada, “Səhmdarların ümumi yığıncağının çağırılması və keçirilməsi Qaydaları”, “Hesablama Komissiyası haqqında Əsasnamə”, Müşahidə Şurasının (MŞ) Əsasnaməsinə əlavə və dəyişikliklər, 2016-cı ilin yekunlarına dair maliyyə hesabatları təsdiq edilib, səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul olunub.
Bundan başqa, “Kapital Bank”ın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Bankın MŞ-nın üzvü təyin edilib.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 



Ana səhifəyə qayıt        Baxış: 1 281          Tarix: 4-04-2017, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma