Xəbər lenti

Təbii bir antioksidant olan zeytun yağı və zeytun yarpağı məhlulu xərçəngə tutulma riskini azaldır. Ürək və damar sağlamlığını qoruyan zeytun yağı, təzyiqi problemini də həll edir.

Zeytunun yağında və yarpağında zəhərli maddələri təcrid edən və beləcə həyat müddətini uzadan "oleuropein" adlı bir maddə vardır. Aparılan araşdırmalar bu maddənin, xolesterin və qan təzyiqini salıb xərçəngin qarşısını almaqda önəmli rol oynadığını göstərir.

Aparılan araşdırmalarda zeytun yarpağı məhlulunun qan təzyiqini aşağı saldığı aşkar edilib. Gündə 1000 mq istehlak edildikdə, qan təzyiqini 3-4 mm salır

Zeytunda olan "oleuropein" maddəsi damar divarlarını qoruyaraq, ilkin mərhələdəki damar sərtliyinin qarşısını alır.

Bundan əlavə, qan axınının yaxşılaşmasını təmin edib infarkt və iflic riskini də azaldır. "Oleuropein", xolesterinin azaldılması və arteriyaların sağlamlığı üçün də çox əhəmiyyətlidir.\deyerler.org\




Ana səhifəyə qayıt        Baxış: 1 331          Tarix: 8-05-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma