Xəbər lenti
9-11-2019, 12:11

 

Sarıkökün bir çox faydalı və müalicəvi xüsusiyyətləri vardır. Bu populyar ədviyyatın tərkibində olan "kurkumin" adlı maddə güclü iltihab, antisklerotik və xərçəngəleyhinə təsirə malikdir.

Son elmi araşdırmalar sarıkökün sümüklərin sağlamlığı üçün olduqca faydalı olduğunu təsdiq edib. The Daily Mail xəbər verir ki, sarıkök sümük toxumasının sıxlığını artırmaq qabiliyyətinə malikdir. Bunu Genuya Universiteti (İtaliya) alimləri araşdırmalar nəticəsində aşkar ediblər.

Eksperiment zamanı 6 ay ərzində orta yaşı 70 olan bir qrup insanlar tərkibində sarıkök olan qida əlavələri qəbul edirdi. Araşdırmadan əvvəl və 6 ay sonra bu insanlarda sümük toxumasının sıxlığı ölçülürdü. Məlum olub ki, eksperimentin sonunda iştirakçılarda sümük toxumasının sıxlığı 7% artıb.

İnsan yaşlaşdıqca sümük toxuması "əriməyə" başlayır ki, bu da osteoporozun inkişafına səbəb olur. Osteoporozun inkişafı gizli gedir və insan bunu hiss etmir. Osteoporoz çox ciddi ağırlaşmalar verir.  Bud sümüyünün boynunun sınığı osteoporozun ən ciddi ağırlaşması sayılır ki, bu travma yaşlı insanlarda əlilliyə və hətta ölümə səbəb ola bilər./Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 12-05-2017, 15:00      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent