Xəbər lenti

 

Ramazan ayında oruc tutanların sağlamlıq problemi yaşamaması üçün mütəxəssislər ilk növbədə sağlam və təbii qidalar yeməyi məsləhət görür.

Belə qidalardan biri də baldır. Xüsusən də Ramazan ayında xam balı süfrələrdən əskik etməmək lazımdır.

Niyə?

Xam bal oruc tutan zaman uzun müddət ac və susuz qalan mədəni qorumaq üçün ideal qidadır.

Həzm sistemini rahatladan qidaların başında gələn xam bal mədə köpünün qarşısını alaraq, bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Bundan başqa, xam bal tərkibindəki vitamin və minerallarla qaraciyərdən toksinlərin atılmasına da yardımçı olur.

Ramazan ayında uzun müddət ac qalmaq mədə şikayətlərinin yaranmasına səbəb olur.  Bu şikayətlərə də təbii həll yolu olaraq bal məsləhət görülür. Bal yaranın sağalmasını tezləşdirir. Buna görə orucunuzu bir çay qaşığı xam balla aça bilərsiniz. Yaxşı olar ki, iftarınızı açarkən xam balı su ilə qarışdırıb içəsiniz. Uzun müddət ac qalmaq mədə turşuluğunu artırır və boş mədəyə xam bal yemək rahatladıcı təsir göstərəcək. Bundan başqa qana sürətlə qarışdığı üçün beyinə toxluq hissi tez ötürüləcək. Ballı su bağırsaqların daha yaxşı işləməsinə kömək edərək, qəbizliyin də həllinə kömək edəcək.

Xam balı şirniyyata alternativ olaraq da yemək olar. /Ailem.az/




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 6-06-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma