Xəbər lenti

Doşabın Faydaları Nələrdir?

Enerji Verir: İçində saxladığı karbonhidrat və yağlar sayəsində orqanizmə enerji verən bir qidadır. İçində olan dəmir sayəsində də enerjinin bədəndə toplanmasını təmin edir. Orqanizmdə olan dəmir isə qanın tərkibində oksigenin daşınması üçün çox faydalı və lazımlı bir maddədir.
Doşabın Qəlbə Faydaları: Doşab içərisində olan vitamin və minerallar sayəsində ürək sağlamlığını qorumaqda və qəlb böhranı riskini azaltmaqda mühüm rol oynayır. Bundan başqa, doşab maqnezium, mis, manqan, kalium, B6 və kalsium ehtiva edir. Daşıdığı bu qidalar qan laxtalanmasının qarşısını alır, qan təzyiqini yaxşı bir səviyyədə tutur. Bu da yarana biləcək ürək böhranı risklərini minimuma endirir.
Doşabın Sümüklərə Faydası: Doşab içərisində güclü sümüklərin formalaşmasına yarayan; Kalsium, kalium, maqnezium, dəmir kimi olduqca güclü qidayla var.
Doşabın Cildə Faydaları: Ekzema, akne, sədəf kimi dəri xəstəliklərinin müalicəsində doşab əhəmiyyətlidir. Eyni zamanda, dəridəki hüceyrələrin qocalmasını ləngidir və dəri qırışlarına önləyici bir təsiri vardır.
Xərçəngə Qarşı Doşabın Faydası: Araşdırmalara görə, doşab xərçəngə qarşı əhəmiyyətli bir qidadır. Xərçəngin başlanğıc mərhələsini preventiv təsiri mövcuddur. Daşıdığı kalsium sayəsində çənbər bağırsaq xərçəngini əngəlləyə bilər.
Doşabın Mədə Xəstəliklərinə Faydası: Mədə ağrılarını sakitləşdirmə təsiri olan bir qidadır. Xora müalicə etmə və ishal qəbizlik kimi problemlərə preventiv təsiri var.
Doşabın Kilo Vermədə Təsirləri: Doşabda sıfır yağ və çox az miqdarda kalori var. Bunlarla yanaşı çoxlu vitamin və mineral ehtiva edir. Bu sayədə kilo vermək üçün əhəmiyyətli bir qidadır.
Doşabın Qara Ciyərə Faydaları: Qan dövranını tarazlaşdıraraq və keçirərək qaraciyərdə yarana biləcək xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xüsusilə siqaret çəkənlərə qaraciyərdə və ağciyərdə əmələ gələn ziyanların yaxşılaşdırılması üçün təklif edilir. /SaqlamHeyat.az/





Ana səhifəyə qayıt        Baxış: 2 033          Tarix: 3-06-2017, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma