Xəbər lenti

 

“The Telegraph” yazır ki, qızmar yay günləri yemək məsələlərində də müəyyən çətinliklər yaradır. Yayın əvvəllərində günəş insanları sevindirsə də, sonrakı günlərdə iştahanın itməsi, əhvalsızlıq kimi hallar müşahidə edilir.

Buna görə də qəzet isti yay günlərində yeyilib-yeyilməyəcək şeylərin kiçik siyahısını hazırlayıb.

Məqalədə deyilir ki, sudan danışmağa dəyməz, çünki isti havalarda bol su içmək zəruridir. İsti havalarda tərlə çıxan suyun bərpa olunması sağlamlıq üçün vacibdir.

 

Nəyi yemək olar? 

Qarpız 

Pikniklərdə və kabab məclislərində əvəzi olmayan qarpız həm də sağlamlıq üçün xeyirlidir. Qarpızın tərkibindəki likopen maddəsi gün vurmalarından qoruya bilir.

Likopen bir qayda olaraq tərkibində olduğu meyvələrə al qırmızı rəng verir. Bu isə o deməkdir ki, bu xeyirli maddə başqa qırmızı meyvə-tərəvəzdə – pomidorda (xüsusən də qızardılmış şəkildə), papayada, çəhrayı qreypfrutda və quavada da var.

Çiyələk də qırmızıdır, amma ona qrmızılığı verən likopen yox, başqa maddədir.

 

Salatlar

Kahı, xiyar, iyli kərəviz və turp kimi tərəvəz növlərinin 95 faizini su təşkil edir. Bu tərəvəzləri yemək isti günlərdə günə 8 stəkan “su planını” doldurmaqda kömək edə bilər.

 

Çay

İsit havalarda adamı təbii olaraq soyuq içkilər cəlb etsə də, bədən temperaturunun nizamnlanmasına isti çay daha çox kömək edir.

Çay bir balaca sidiqovucu olsa da, onun tərlətmək xüsusiyyəti bədənin temperatur balansını tənzimləyir.

Bu mənada çay, isti havalarda soyuq içkilərdən daha çox sərinlik verir.

 

dondurma

 

Bunlardan uzaq durun

Alkoqol

Yay məclislərində, xüsusilə də təbiətin qoynunda spirtli içkisiz keçinmək darıxdırıcı görünə bilər, amma qızmar günlərdə alkoqol daha çox ziyan vurur. Alkoqol da sidikqovucudur, amma o çaydan fərqli olaraq bədəni susuzlaşdıra bilir.

 

Manqo

Manqo da alkoqol kimi sidik qovandır, amma o da bədəni susuzlaşdırır.

Eyni səbəbə görə adi razyana, artişok və dərman qulançarı (asparaqus) yeməyin.

 

Ət

Yayın ləzzəti həm də kabab çəkməkdədir, amma çox qızmar havalarda bunu etməyin.

Zülalların həzmi çox enerji sərf edir və bunun nəticəsində əlavə istilik yaranır. Bu prosesə termogenez deyirlər.

Buna görə də isti havalarda zülaldan yüngül qidalar məsləhət görülür.

Ekspertlər deyirlər ki, karbohidratlarla müqayisədə zülalların həzminə 50-100 faiz daha çox enerji sərf oluna bilər. Buradan çıxan nəticə sadədir: isti havalarda əti az yeyin.

 

Dondurma, buzlu-meyvəli qatıq və sorbet

İsti havada adamı elə belə şeylər çəkir, amma bunların xeyrindən çox ziyanı ola bilər.

Məsələ burasındadır ki, soyuq qidaların həzm edilməsi bədənin ümumi temperaturunu qaldırır.




Ana səhifəyə qayıt        Baxış: 1 742          Tarix: 21-06-2017, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma