Dünya Meteorologiya Təşkilatı BMT-nin Cenevredə təşkil olunan toplantısında bu yayda temperaturun normadan yüksək olacağını açıqlayıb.
Azərbaycanda da yüksək temperatur gözlənilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova bu haqda danışıb:
"Hələlik yayın ilk ayını yaşayırıq. Ən isti aylar isə iyul-avqustdur. Bu səbəbdən deyə bilmərik hava isti olmayacaq. Çünki ötən illərdə də bu müddətdə maksimal hava şəraiti müşahidə edilib. Mərkəzi aran rayonlarında havanın maksimal temperaturu 35-40 dərəcə müşahidə edilib. Ümumilikdə, yay ayında temperaturun bəzi günlərdə iqlim normasından yüksək olacağı gözlənilir. İyul-avqust aylarında 35-38, bəzi günlərdə 40-41 dərəcəyədək isti olacağı gözlənilir”./cebhe.info/
Paylaş: