Xəbər lenti

 

Zülal və dəmirin birləşməsi olan hemoqlobin eritrositlərin (qırmızı qan hüceyrələri) tərkib hissəsidir. Məhz hemoqlobin qana qırmızı rəng bəxş edir.

Hemoqlobinin əsas vəzifəsi oksigenin orqanizm boyu daşınmasıdır. İnsan orqanizmi oksigensiz yaşaya bilmir və bu səbəbdən orqanizmdə hemoqlobinin normal səviyyədə olması insan sağlamlığı üçün olduqca vacibdir. Hamı bilir ki, hemoqlobinin normadan aşağı olması yaxşı hal deyil. Lakin hemoqlobinin normadan yüksək olması da müsbət hal kimi qiymətləndirilmir və bəzən ciddi xəstəliklərə işarə edir.

Hemoqlobinin normaları:
- kişilər - 130-160 q/l
- qadınlar - 120-140 q/l
Hemoqlobinin normadan aşağı olmasının səbəbləri arasında:
- daxili və ya xarici qanaxmalar (babasil zamanı qanaxmalar, qadınlarda mioma, poliplə bağlı qanaxmalar, bağırsaq və mədədən qanaxmalar, travmalar, abortlar və s.)
- düzgün olmayan qidalanma, balanslaşdırmamış pəhrizlərdən sui-istifadə, aclıq
- bağırsaq xəstəlikləri
- autoimmun xəstəliklər
- bəzi qan xəstəlikləri
- qurd xəstəlikləri
- böyrək, qaraciyər xəstəlikləri.
Hemoqlobinin normadan çox olmasının səbəbləri arasında:
- susuzlaşma
- ürək-damar sistemi xəstəlikləri
- ağciyər xəstəlikləri
- bəzi qan xəstəlikləri
- onkoloji xəstəliklər
- öd daşı xəstəliyi
- bəzi mədə-bağırsaq sistemi xəstəlikləri
- bəzi irsi xəstəliklər.
Hemoqlobinin normadan aşağı və yuxarı olması aşkar olunduqda mütləq həkimə müraciət etmək lazımdır ki, bəzən bunun səbəbi çox ciddi xəstəliklər və pozulmalar ola bilər. /Saglamolun.az/

 




Ana səhifəyə qayıt        Baxış: 1 337          Tarix: 14-08-2017, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma