Müharibə şəraitində dərmana çox ehtiyac duyulur, yaralanmalar, xəstəliklər və gigiyenaya diqqət yetirilməməsi bir sıra xəstəliklərə səbəb olur.
Ovqat.com AZƏRTAC-a istinadən ölkəmizin ərazisində bitən dərman bitkilərinin müalicəvi və tibbi təsirini bilməyin əsgərlər, döyüş şəraitində və ön cəbhədə xidmət edənlər üçün faydalı ola biləcəyini nəzərə alaraq bəzi məlumat və tövsiyələri diqqətə çatdırır.
Gicitkən qanaxmalar zamanı əzilərək yaranın üstünə qoyulanda qankəsici təsir göstərir.
Quşəppəyinin çox yeyilməsi daxili qanaxmaları dayandırır.
Gec sağalan və ya sağalmayan, irinləmiş yaralarda təzə bağayarpağı yarpaqlarının əzilərək həmin nahiyəyə qoyulub bağlanması yaranı tez sağaldır.
Mədə-bağırsaq pozuntusu-ishal əmələ gələndə bağırsaqları yığmaq üçün dəvətikanının çay şəklində dəmlənilib içilməsi ishalı tezliklə dayandırır. Soyuqdəymə zamanı kəklikotu çayının içilməsi xəstəlik törədicilərini həm sidik, həm də tər vasitəsilə orqanizmdən xaric edir.
Sağalmayan ağız-boğaz yaraları zamanı palıd qabığının suda bişirməsi ilə qarqara edilir. Bişirmədən babasil üzərinə islatma qoyulanda şişmiş düyünlər büzüşür və ağrı azalır.
Çobanyastığı çiçəklərinin yığılaraq təzə halda yeyilməsi mədə-bağırsaq sancılarını, qastrit və koliti sağaldır.
Tez-tez xəstələnmə zamanı biyan kökünün 2 stəkan suda 5 dəqiqə qaynadılaraq içilməsi immuniteti gücləndirir.
Öskürək zamanı andız köklərinin suda 5 dəqiqə qaynadılaraq içilməsi sinəni təmizləyir, öskürəyi kəsir və bədəni qızışdırır.
Bütün əsəb pozulmaları, yuxusuzluq və depressiyalar zamanı ballınanə suda dəmlənilərək içilir.
Paylaş: