Xəbər lenti

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib.

Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.

Kursk şəhərindəki Azərbaycan diasporunun bir qrup üzvünün şəhər meriyası və erməni diasporunun nümayəndələri ilə görüşündə bunun qarşısının alınması tələb olunub. Ermənilər səhvlərini düzəldəcəklərinə söz veriblər, elanlardan və proqramlardan "Şuşanın azad olunmasının 25 illiyi” adlı hissəsi yığışdırılıb. Bildirilib ki, həmin gün Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər hansı təxribat xarakterli hal olsa, azərbaycanlılar tərəfindən buna sərt reaksiya veriləcək.

Qeyd edək ki, bir neçə gündür Kurskda fəaliyyət göstərən erməni gənclər təşkilatları mayın 28-də “Şuşanın azad olunmasının 25 illiyi” adı ilə təxribat xarakterli aksiya və konsertin keçirilməsi elanını veriblər, rəsmi icazə aldıqlarını bəyan ediblər. Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin müvafiq qurumlarına şikayət ediblər.

Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.  
 




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 23-05-2017, 12:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent