Xəbər lenti

 

Bəzən insanlar evdə bişirmə ilə yanaşı, hazır şirniyyatlara da üstünlük verirlər. Amma bu şirniyyatları alan zaman diqqətli olmaq lazımdır. Çünki özümüz də bilmədən bunlardan istifadə zamanı həyatımızı təhlükə altına ata bilərik.

Ovqat.com bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, kimisi görünüşünə, kimisi isə satıldığı yerə görə alır şirniyyatları... Bəziləri isə şirniyyat alarkən ümumiyyətlə hec nəyə fikir vermir.

Mağaza vitrinlərini növbənöv tortlar və şirniyyatlar bəzəyir. Amma bu məhsullardan istifadə zamanı diqqətli olmaq lazımdır. Çünki bilinməyən yerdən alınan tortlar sonradan ciddi fəsadlara yol aça bilər. Elə bir necə gün öncə baş verən hadisə kimi. Mağazadan alınan tort ailə üzvlərinin kütləvi zəhərlənməsi ilə nəticələnıb. Elə bu hadisə də tort alarkən nələrə diqqət etməyin vacib olduğunu aktuallaşdırır.

Mütəxəssislərin sözlərinə görə, insanlar tort alan zaman bir necə nüansa ciddi fikir verməlidirlər.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, məhsulun alınması ilə bərabər onun saxlanılma qaydasına düzgün riayət edilməsi də əsas şərtlərdən biridir. Çünki zəhərlənmə bir çox hallarda elə saxlanılma qaydasına düzgün riayət edilmədikdə baş verir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə bütün şirniyyatların hazırlanmasının vahid standartının olduğu bildirilib.

Komitənin şöbə müdiri Fazil Talıblının sözlərinə görə, tortların hazırlanmasında içərisinə qatılan hər bir məhsuldan tutmuş bişirilmə və saxlanılmasının da xüsusi standartı var və bu tələblərə cavab verməyən məhsulları hazırlayan hər bir sahibkar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnir.

Komitə rəsmisi xüsusilə vurğulayır ki, şirniyyata qatılan hər bir məhsul və qatqı maddəsi təzə olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 278          Tarix: 8-07-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma