Xəbər lenti

 

İnternet vasitəsilə alış-veriş edən zaman diqqətli olmaq lazımdır. Belə ki, internetdə insanları tora salıb, pulunu mənimsəyən “satış şirkətləri” peyda olub. 

Ovqat.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev xəbərdarlıq edib.

Vəkil bildirib ki, bununla bağlı bir vətəndaş ona müraciət edib:

“O, internet vasitəsilə laptop satın almaq istəyib və onu 450 dollarlıq aldadıblar. Pulu yollayıb, amma laptop gəlməyib”.

F.Mehdiyev internetdən alış-veriş etmək istəyənlərin aşağıdakı məqamlara diqqət etməsinin vacibliyini vurğulayıb:

1. Məhsul ancaq etibarlı internet satıcılarından alınmalıdır. Məsələn, “Amazon.com”, “Bestbuy.com” və s. Ancaq burada da diqqətli olmaq, ünvanı dəqiq bilmək lazımdır. Məsələn, “Besbuy.com” əvəzinə “Bestbuyltd.com” saytında sizi aldacaqlar. Ya da “Amazon.ru.com” internet istifadəçilərini aldatmaq üçündür.

2. “Alibaba.com” və “Ebay.com” da etibarlı alış-veriş yeridir, amma bir şərtlə ki, satıcı haqqında məlumatları oxumalısınız. Ayrıca müsbət ulduzların çox olmasına diqqət edin. Məsələn, görürsünüz ki, adamın 5000 satışı var, alıcılar da razılıq edir.

3. Onlayn alış zamanı ödəniş də onlayn olmalıdır. İnternet brouser ödəniş səhifəsi açıldıqda, onun təhlükəsiz olub-olmadığını göstərir. Təhlükəsiz olmadıqda ünvan hissəsində yaşıl yox, qırmızı olur.

4. Daxil olduğunuz saytların domain ünvanını diqqətlə incələyin. Sub-domain olduqda qorxmayin. Məsələn “ru.bestbuy.com” subdomaindir, amma “bestbuy.ru.com” subdomain deyildir.

5. Məsələn, “sunglasses.com” ünvanından eynək almaq istəyirsiniz. Belə bir axtarış verin – “sunglasses.com customer reviews”. Anlayacaqsınız ki, buranın etibarlılıq dərəcəsi nə qədərdir. Bu sayt haqqında heç bir dəyərləndirmə yoxdursa, ora ilə alış-veriş aparmayın.

Sonda hüquqşünas bir daha hamını diqqətli olmağa çağırıb və saxta şirkətlərə ödənilən pulların geri qayıtmadığını xatırladıb.




Ana səhifəyə qayıt        Baxış: 910          Tarix: 28-06-2017, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma