Xəbər lenti

Bakı şəhərinin Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdiriləcək. Yusif Səfərov və Afiəddin Cəlilov küçələrinin kəsişməsində tətbiq ediləcək yeniliklərdən sonra ərazidəki heykəllərlə bağlı aidiyyəti qurumlara müraciət ediləcək".

Publika.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, heykəllərin köçürülməsinə ehtiyac olduğu halda tədbir görüləcək:

“Ərazidə işlər başlananda aidiyyəti qurumlara məlumat verilcək. Heykəllərin köçürülməsinə ehtiyac olduğu halda müvafiq qaydalara uyğun olaraq tədbirlər görüləcək”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsində sıxlığın azaldılması və təhlükəsizliyin təmin edilməsi üçün yeni layihə həyata keçirəcək. Bu zaman şəhərə giriş-çıxışı təmin edən alternativ yollara malik yol şəbəkəsinin qurulması planlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 21-07-2017, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma