Xəbər lenti

Yollarda təhlükəsizlik və sıxlıq problemlərinin minimum xərclə başa gəlməsi üçün Bakı Nəqliyyat Agentliyi yeni layihə hazırlayıb.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov layihənin təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

“Yollarının Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib. Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətda saxlanılan digər vacib məqam isə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində biz Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olacağıq”.

T.Səfərov bildirib ki, günün pik saatlarında Yusif Səfərov küçəsindən şəhər istiqamətində 8500 avt/saat, əks istiqamətdə isə 5000 avt/saat nəqliyyat vasitəsi hərəkət edir. Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (7500 avt/saat) yollarını Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirirlər ki, bu da adıçəkilən küçədə nəqliyyat sıxlığının yaranmasına səbəb olur.

“Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, nəticədə Ü.Hacıbəyov küçəsi üzrə hərəkətə üstünlük verilir. Ü.Hacıbəyov küçəsində yaranan sıxlıq “domino effekti” nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır. Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək yerinin dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Yusif Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olurlar ki, bu da pik saatlarda Yusif Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətində maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir. Günün pik saatlarında Yusif Səfərov küçəsi şimal istiqamətdə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bunun əsas səbəbi də Afiyəddin Cəlilov küçəsinin şimalında yerləşən ərazidən hərəkət edən nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olaraq geridönmə yeri vasitəsilə şəhər istiqamətində hərəkətlərini davam etdirmələridir. Bu axın artıq sıx olan Y.Səfərov küçəsinin böyük hissəsi boyunca hər iki istiqamətdə mənfi şəkildə təsir edərək nəqliyyat vasitələrini uzun dairəvi hərəkətlər etməyə vadar edir. Uzun dairəvi hərəkətlər ləngimələrə, toqquşan axınlara, həmçinin yanacaq sərfiyyatının və tullantıların artmasına səbəb olacaq. Hazırda A.Cəlilov küçəsindən Ü.Hacıbəyov küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Yusif Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur”

Şöbə müdiri bildirib ki, alternativ yolların olmaması Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat şəraitini pisləşdirir, belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir:

“Yusif Səfərov küçəsində nəqliyyat axınının daha səmərəli paylaşdırılması, yeni alternativ yolların yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi və “GEMMS” məsləhətçi şirkəti tərəfindən bir sıra təkliiflər irəli sürülüb. Yusif Səfərov küçəsində daha 2 kəsişmədə düzünə hərəkətin təşkil edilməsi nəticəsində Sabit Orucov – Nizami küçəsi, 28 May – Mehdi Mehdizadə küçəsi, M.Mehdizadə və S.Orucov küçələri səmərəli həndəsi xarakteristikalara malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir, çünki onlar şəhər mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər. Bu kəsişmələr svetoforlar vasitəsilə idarə olunacaqlar ki, bu da Yusif Səfərov küçəsinin hər iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa keçid təmin edəcək, hər iki istiqamətdə intensivliyi azaldaraq Y.Səfərov küçəsində uzun dairəvi marşrutları ləğv edəcək. Kəsişmələrin sinxronlaşdırılmış svetoforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcək. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkil edilməsi də nəzərdə tutulub. Eyni zamanda, qeyd edilən kəsişmələr Yusif Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaqdır. Bu kəsişmələrin təşkil edilməsi, həm də “Ağ Şəhər" layihəsini şəhər mərkəzi vəNəriman Nərimanov prospekti ilə birbaşa birləşəcək. Ərazidə 50 mindən çox sakinin məskunlaşacağı layihənin əhəmiyyətini artırır. Nəcəfqulu Rəfiyev və Babək prospektindən şəhər mərkəi və əks istiqamətdə əsas dəhlizə çevriləcək”.




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 21-07-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma