Xəbər lenti

 

 Dünya ictimaiyyəti ABŞ Prezidenti Donald Trampdan daha çox Rusiya Prezidenti Vladimir Putinə güvənir.

Axar.az xəbər verir ki, bu nəticə “Pyu” araşdırma şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun keçirildiyi 35 ölkədən 22-si Putinin siyasətinin daha doğru olduğunu bildirib. Rus liderə daha çox inam Yunanıstan (31%) və Livanda (31%) qeydə alınıb. Onlardan sonrakı yeri Vyetnam tutub.

Maraqlı məqam odur ki, Putinə etibar ABŞ-ın ənənəvi müttəfiqləri arasında da peyda olub. Almaniyada Putini əhalinin 25%-i, Trampı isə 11%-i dəstəkləyir. Cənubi Koreyada bu göstərici 27%, Fransada 18%, Yaponiyada 28%, İtaliyada isə 26% təşkil edir.

Rus və amerikalı liderlərə ən az güvənən ölkə isə İspaniyadır. Putin etibar məsələsində Trampa Avstraliya, Kanada, İsrail, Nigeriya və Böyük Britaniyada uduzur.




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 18-08-2017, 08:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma