Xəbər lenti

Rusiya lideri amerikalı həmkarına, Şimali Koreya mövzusunda səbrli olmağı və gərginliyi azaltmağı məsləhət görüb
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Ovqat.com xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb. Liderlər söhbət zamanı çox vacib məsələlər barədə razılığa gəliblər. Xüsusilə terrorla mübarizə, Suriya və Şimali Koreya məsələsində razılıq əldə olunub. Putin amerikalı həmkarına, Şimali Koreya mövzusunda səbirli olmağı və gərginliyi azaltmağı məsləhət görüb. Tramp Putinin bu məsləhətini nəzərə alacağını bildirib. İki lider, Suriya mövzusunda da xarici işlər nazirləri səviyyəsində danışıqların intensivləşməsinə qərar verib. Tramp və Putin, 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 sammitində bir araya gələcəklər.




Ana səhifəyə qayıt        Baxış: 1 015          Tarix: 3-05-2017, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma