Xəbər lenti

 

İşə qəbul olmaq istəyən müəllimlərə şad xəbər var. Yaxın müddətdə ərizələrin qəbuluna başlanılacaq. Bu il rekord sayda vakant yer var. Ən çox tələbat ibtidai sinif müəllimlərinədir. Bu arada təhsil nazirliyinin rəsmiləri iş yerlərini dəyişən müəllimlər və mexanizm haqqında ətraflı məlumat veriblər.

Bir neçə gündən sonra təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbuluna başlanacaq. Bu il əvvəlki illərə nisbətən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yerlər təqdim olunacaq.

Bu il vakant yerlərin sayının çox olması yeni mexanizmin tətbiqi nəticəsində mümkün olub. Yerli təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə hazırda vakant yerlərin təyin olunması üçün nazirlikdə xüsusi komissiya yaradılıb və burada müəllimlərin dərs yükü, sayı və digər amillər nəzərə alınaraq vakant yerlərin sayı müəyyən edilir. Əvvəllər vakant yerlərin sayı barədə yerli şöbələrdən nazirliyə məlumat daxil olurdu.

Müəllimlərin bir şəhərdən digərinə, eləcə də eyni şəhər daxilində fərqli məktəblərə yerdəyişməsinin nəticələri elan edilib. 26-30 may tarixlərində eyni şəhər-rayon daxilində yerdəyişmə nəticəsində 650-ə yaxın müəllim iş yerini dəyişə bilib. İş yerini bir şəhərdən digərinə dəyişən müəllimlərin sayı daha çoxdur.

Müəllimərin iş yerinin dəyişdirilməsi zamanı müxtəlif amillər nəzərə alınıb

Müəllimlərin iş yerlərinin komissiya tərəfindən müəyyən edilərək dəyişdirilməsi onların işini bir qədər də asanlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 131          Tarix: 20-06-2017, 21:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma