Xəbər lenti

Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferlə (ABŞ) görüşüb.

Publika.az news.am saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün Tvitter səhifəsində yazıb.

Görüşdə ATƏT-inin fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Nalbandyanın görüşü gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 23-09-2017, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma