Xəbər lenti
28-01-2026, 17:04
28-01-2026, 12:02

Kolumbiyada millət vəkili də daxil olmaqla 15 nəfəri daşıyan sərnişin təyyarəsi radarlardan itib

Dövlətə məxsus "Satena" aviaşirkəti üçün daxili uçuş həyata keçirən "Beechcraft 1900" sərnişin təyyarəsi ilə ölkənin şimal-şərqində uçarkən əlaqə kəsilib.

Şirkət rəhbərliyi təyyarənin tapılması üçün əməliyyat başladıldığını açıqlayıb.
"Kukuta-Okana marşrutu üzrə hərəkət edən NSE 8849 nömrəli uçuş təxminən saat 11:42-də havaya qalxıb və saat 12:05 radələrində eniş etməli idi. Təyyarə hava nəqliyyatının idarəsi ilə son əlaqəsini saat 11:54-də edib", - açıqlamada qeyd olunub.





Ana səhifəyə qayıt        Baxış: 2 354          Tarix: Dünən, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma