Xəbər lenti

2017-ci ildə 2 milyondan çox insan öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi BMT Ali Komissarının Qaçqınlarla İş üzrə İdarəsinin İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 68-ci sessiyasında çıxışı zamanı idarənin rəhbəri Filippo Qrandi bildirib.

O xatırladıb ki, 2016-cı ilin sonlarına olan vəziyyətə görə, dünyada 65,6 mln. məcburi köçkün var və beş il ərzində onların sayında artım tendensiyası qeydə alınıb.

Qrandinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin əksər hissəsi Suriyanın payına düşür.

O qeyd edib ki, qaçqınların öz ölkələrinə qayıtması yalnız könüllülük prinsipi əsasında mümkündür.




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 3-10-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma