Xəbər lenti

Kanadanın baş naziri Castin Tryudo gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.

Xəbərdə bildirilir ki, dövlət başçılarının əsas müzakirə mövzusu ticarət əlaqələri olacaq. Tryudo Ağ Ev rəhbəri ilə beynəlxalq təhlükəsizlik və "həyati əhəmiyyətli ticarət və iqtisadi əlaqələri" müzakirə etmək niyyətindədir.

O, Vaşinqton səfərindən sonra Meksikaya gedəcək. Kanada, Meksika və Amerika ticarət nümayəndələri NAFTA razılaşması üzrə danışıqların növbəti raundunu keçirib. 

Daha bir raund oktyabrın 11-də Vaşinqtonda planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 4-10-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma