Xəbər lenti

 Bu gün Rusiya prezidenti Vladimir Putinin ad günüdür. Modern.az-ın məlumatına görə, V.Putin 65 yaşını qeyd edir.  Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, bu gün Putinin Təhlükəsizlik Şurasının iclasını keçirəcəyi, daha sonra isə bir sıra liderlərlə telefon danışığı aparacağı gözlənilir. 

Peskov Putinin ad gününü adətən öz yaxın dostları, bəzən isə iş yoldaşları ilə keçirdiyini deyib. 

17 ildir Rusiyada rəhbər vəzifələr tutan Vladimir Putin yalnız 2014-cü ildə ad günündə ilk dəfə özünə məzuniyyət götürüb. Həmin vaxt Putin Sibirə yollanaraq sıx meşəli dağlarda 9 kilometr piyada yol qət edib. 
Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə keçmiş Leninqrad - indiki Sankt-Peterburqda  anadan olub. 
Putin 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasın ikinci prezidenti olub. (Prezident Boris Nikolayeviç Yelsinnin istefasından sonra 31 dekabr 1999-cu ildən 7 may 2000-ci ilədək prezident vəzifəsini icra edib). 
Rusiya Dövlət Dumasına 2007 -ci il seçkiləri zamanı V.Putin bitərəf olaraq «Yedinaya Rossiya» partiyasının seçki siyahısına rəhbərlik edib. 7 may 2008 -ci ildən «Yedinaya Rossiya” partiyasının sədridir.
  1997 -ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda «Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi pəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub. V.Putin alman və müəyyən qədər ingilis dilini bilir. 
1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya ( 1985-ci Leninqradda doğulub) və Katerina (1986-cı il Drezdendə anadan olub).
Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıb ( 2003-cı ildə qəbul olunublar) .
Rusiya prezidentinin qızları haqqında məlumatlar mətbuatda az verilir.   

Vladimir Putin və Lyudmila Aleksandrovna təxminən 30 il ailəli olandan sonra 2013-cü ildə rəsmən boşanıblar.
Putin artıq 3-cü dəfədir ki, Rusiya prezidnti postunu tutur. Onun gələn il keçiriləcək növbəti seçkilərdə 4-cü dəfə prezidentliyə namizəd olub-olmayacağı hələ dəqiqləşməyib.




Ana səhifəyə qayıt        Baxış: 1 273          Tarix: 7-10-2017, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma