Xəbər lenti
Dünən, 15:52

1500 nəfəri təkbaşına öldürən “Əzrail” türk şəhərinə hücuma hazırlaşır
İraq ordusunun tərkibində Kərkük sərhədinə gələn “Haşdi Şabi” şiə gücünə 1500 İŞİD-çini təkbaşına öldürdüyünə görə “Əbu Əzrail” ləqəbini alan Falih Həsən rəhbərlik edir.

Publika.az
 xəbər verir ki, F.Həsən Kərkükə hücum üçün hazırlıq əmri verildiyini və qarşıdakı günlərdə bölgədə böyük hadisələrin olacağını deyib.

“Qarşıdakı iki gündə bölgədə böyük dəyişikliklər yaşanacaq. Bu bölgəni qorumağa hazırıq”, - deyə o bildirib.

Qeyd edək ki, tarixi türkman şəhəri olan Kərkük Şimali İraq Kürd Muxtariyyəti tərəfindən de-fakto işğal edilib. İraq ordusu şəhəri nəzarətə almaq üçün sərhədə 50 minlik ordu yeridib. Son məlumatlara görə, kürdlərin peşmərgə gücləri geri çəkilib. Hazırda bölgəyə İraq ordusunun nəzarət etdiyi haqda məlumatlar var.




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 14-10-2017, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma