SSRİ rəhbərliyi ABŞ Prezidenti Con Kennedinin 1963-cü ildəki ölümünü sui-qəsd hesab edirdi və bu, sui-qəsddə vitse-prezident Lindon Consonun iştirak ehtimalının olduğunu istisna etmirdi.
Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Federal Təhlükəsizlik Xidmətinin üzərindən tam məxfi qrifi götürülmüş 1966-cı ilə aid olan sənədlərdə yer alıb. Sənəddə FTB-nin Dövlət Təhlükəsizlik Komitəsinin Nyu Yorkdakı rezidenturasında olan mənbəsinin verdiyi məlumata əsasən 1965-ci ildə sovet kəşfiyyatçıları Conson haqqında bütün informasiyaların toplanması haqqında tapşırıq aldığı bildirilib:
“Bizim mənbə əlavə etdi ki, Moskvadan göndərilən tapşırıqda DTK hazırda mərhum prezident Con Kennedinin ölümün də Consonun məsul olmasını göstərən informasiyaya sahibdir. DTK-ya bu informasiya əsasında Consonun Kennedi ailəsi ilə hansı şəxsi əlaqələrə sahib olmasını, xüsusilə Consonun Ted və Robert Kennedi ilə əlaqələrini öyrənmək lazım idi”.
Yayımlanan digər sənəd isə 1963-cü ilə aid olub. Burada göstərilirdi ki, SSRİ Kommunist Partiyasının rəhbərliyi bu qətli ABŞ-da daxili əməliyyat hesab edirdi:
“Bizim mənbələrə əsasən Kommunist Partiyasının rəsmi simaları bunu ABŞ ultrasağçıları tərəfindən yaxşı hazırlanmış sui-qəsd hesab edirdilər. Bu, çevrilişlə nəticələnməli idi. Görünür, onlar əmin idilər ki, qətl bir nəfərin işi olmayıb. Onlar bunu bir neçə nəfərin iştirak etdiyi səssiz planlaşdırılmış kampaniyanın nəticəsi hesab edirdilər. Onlar hesab edirdilər ki, bu elementlər qətl vasitəsilə ABŞ-da antikommunist hisləri alovlandırıb, daha sonra isə SSRİ ilə danışıqları dayandırıb, Kubaya hücum və müharibənin yaradılmasında istifadə edəcəklər.
Bizim mənbəmiz həmçinin Sovet rəsmi şəxslərinin liderin olmadığı yerdə hansısa məsuliyyətsiz ABŞ generalının SSRİ tərəfə raket atılması ilə bağlı əmr verəcəyindən qorxurdular”.
1966-cı ilə aid başqa sənəddə isə Kennedinin ölümünü SSRİ-də böyük şok yaratdığı və hətta bunun üçün kilsələrdə zənglər çalındığı bildirilib:
“Keçmiş etibarlı informasiya verən və Rusiyada olan mənbə Con Kennedinin ölümü zamanı – 4 dekabr 1963-cü ildə xəbər verdi ki, Kennedinin ölümü haqqında informasiya Sovet vətəndaşlarına hadisə baş verdikdən dərhal sonra çatdı. O, böyük şokla qarşılandı, kilsələrdə Kennedinin xatirəsinə zənglər çalındı”.
Sənəddə həmçinin DTK diplomatları və əməkdaşlarının də qətlə münasibətləri yer alıb. Belə ki, FTB Kennedinin ölümündən sonra DTK-nın Nyu Yorkdakı rezidenturasının rəhbəri polkovnik Boris İvanovun öz əməkdaşlarını topladığını və prezidentin ölümünün onlar üçün problem olduğunu bildirib. DTK rezidenturasından xəbər daşıyan mənbənin kim olduğuna isə sənəddə heç bir aydınlıq gətirilməyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilik qrifi ləğv edilmiş sənədində Con Kennedinin qətlini törədən 35 yaşlı Li Harvi Osvaldın cinayəti işləməzdən iki ay əvvəl Mexikoya səfər edərək, DTK əməkdaşı olan sovet diplomatı ilə görüşdüyü vurğulanıb. Kəşfiyyat məlumatlarına əsasən, Mexikodakı SSRİ səfirliyinin telefonları ABŞ xüsusi xidmət xidmət orqanları tərəfindən izlənilirdi. Maraqlı məqam odur ki, sənəddə Osvaldın DTK ilə əlaqəli olması və ya DTK-nın Kennedi cinayətinə qarışması ilə bağlı heç bir iddia olmayıb:
“Mexikoda ələ keçirilən zəngə əsasən Li Osvald 28 sentyabr 1963-cü ildə Sovet səfirliyində olub və konsul Valeri Vladimiroviç Kostikovla danışıb. Bu barədə Osvaldın oktyabrın 1-də Sovet səfirliyinə zəng etməsi zamanı bəlli olub. O zəngə cavab verən mühafizəçiyə adını və yuxarıda göstərilən görüşü deyərək, Vaşinqtona göndərilən teleqramla bağlı yeni bir şey olub-olmamasını öyrənmək istəyib. Mühafizəçi isə cavabında sorğunun göndərildiyini və heç bir cavab alınmadığını bildirib.
Konsul Kostikov DTK agenti olub. O, DTK-nın ölüm və sabotajlara məsul olan 13 idarəsinin sponsoru olduğu əməliyyatın operativ əməkdaşıdır. Kostikov və onun Nyu Yorkda çalışan həmkarı Oleq Brıkin Avropada təsir altında salınmış və hazırda Oklahoma ştatında yaşayan Almaniya vətəndaşını kurasiya ediblər”.
Paylaş: